Avropa İttifaqı: “İntiqam Əliyevin azadlığa buraxılması daha bir müsbət irəliləyişdir”

Avropa İttifaqı: “İntiqam Əliyevin azadlığa buraxılması daha bir müsbət irəliləyişdir”
# 28 mart 2016 18:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. "Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ayın əvvəlində siyasi partiya üzvləri, QHT nümayəndələri və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir.

APA- nın məlumatına görə, bu barədə Avropa İttifaqı xarici siyasət idarəsinin bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, bu addımlar uzun müddətdir gözlənilirdi: "Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR