Sabirabadda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Sabirabadda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 16 oktyabr 2015 10:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sabirabadda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Rahil Feyzullayevə, Əjdər Əlifova və Mübariz Məcidova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamış rayon sakinləri Vüsal Xələfov, Pərviz Feyzullayev və Şahlar Əmirli tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR