Aydın Əliyev: “2015-ci il Azərbaycanda gömrük hüquqpozmaları və narkotiklərlə mübarizə sahəsində uğurlu il hesab olunur”

Aydın Əliyev: “2015-ci il Azərbaycanda gömrük hüquqpozmaları və narkotiklərlə mübarizə sahəsində uğurlu il hesab olunur”
# 29 yanvar 2016 10:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. "2015-ci ildə Azərbaycanda gömrük hüquqpozmaları və narkotiklərlə mübarizə sahəsində uğurlu il hesab edilə bilər".

APA-Economics”in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

A. Əliyevin sözlərinə görə, ötən il 8660-dan çox gömrük qaydaları pozulması halları qeydə alınıb: “300 cinayət faktı qeydə alınıb və cinayət faktları əksər hallarda qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub. Ötən il 90 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb”.

Komitə sədri ötən il eyni zamanda 166 qram psixotrop maddənin dövriyyədən çıxarıldığını, bunun isə ciddi bir göstərici olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR