Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 71 ölkədən 420 ekran əsəri təqdim olunub

Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 71 ölkədən 420 ekran əsəri təqdim olunub
# 01 iyun 2016 16:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Bakı Beynəlxalq Turizm Filmləri Festivalına ildən-ilə maraq artmaqdadır”.

APA-nın məlumatına görə, bunu festivalla əlaqədar keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib. O deyib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir: “Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub”.

Münsiflər heyətinin rəhbəri Azər Qərib qeyd edib ki, festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq.

Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR