APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü İlkin Cənnətovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu qarşıda hərəkətdə olan 1953-cü il təvəllüdlü Saday Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza zamanı “Hyundai”da olan sərnişin, Goranboy rayon Dəliməmmədli şəhər sakini 2001-ci il təvəllüdlü Gülxar Tanrıverdiyeva xəsarətl alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.