“Qurani-Kərim” Azərbaycan dilində qafiyəli nəsrlə çap olunub

“Qurani-Kərim” Azərbaycan dilində qafiyəli nəsrlə çap olunub
# 18 aprel 2016 15:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda “Qurani-Kərim” qafiyəli nəsrlə çap olunub.

Kitabın müəllifi Şıxbala Bayramov APA-ya açıqlamasında bildirib ki, “Qurani-Kərim”in qafiyəli janrda təqdimatı Azərbaycanda yenilikdir: “Əslində “Qurani-Kərim” ərəb dilində məhz elə şeir janrında yazılıb. Sadəcə, onu bu janrda tərcümə etmək çox çətindir. Mən bu günə qədər olan bütün tərcümələrdən və öz qeydlərimdən istifadə etməklə “Qurani-Kərim”i olduğu ki, yəni qafiyəli janrda oxuculara təqdim etdim. Həmdə bu janrda oxucular “Qurani-Kərim”i daha aydın başa düşəcəklər”.

Ş. Bayramov həmçinin qeyd edib ki, kitab elektron və çap variantlarda kitabxanalara təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR