"Azercell" cəbhə xəttindəki abunəçilərinə 1 saat pulsuz danışıq hədiyyə edib

"Azercell" cəbhə xəttindəki abunəçilərinə 1 saat pulsuz danışıq hədiyyə edib
# 04 aprel 2016 15:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azercell" şirkəti cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə - Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərinə şəbəkə daxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edir.

Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər. 2 aprel 2016-cı il tarixindən "Azercell"in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. Şirkətin hal-hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var. Onların 35%-dən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. "Azercell"in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR