Siyəzəndə avtomobil yanıb

Siyəzəndə avtomobil yanıb
# 20 mart 2016 19:11 (UTC +04:00)

Bakı-APA. Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Bakı-Quba yolunun 104-cü kilometrliyində, Siyəzən rayonu ərazisində “Avrora” qida məhsulları istehsalı şirkətinə məxsus, vətəndaş tərəfindən idarə olunan “Hummer” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR