Ağ Ev İstanbuldakı terror aktını pisləyib və Türkiyəni dəstəkləyəcəyini vəd edib

Ağ Ev İstanbuldakı terror aktını pisləyib və Türkiyəni dəstəkləyəcəyini vəd edib
# 08 iyun 2016 03:06 (UTC +04:00)

Bakı-APA. Ağ Evin nümayəndəsi Mark Stro İstanbulda törədilən və 11 nəfərin ölümü və 36 nəfərin yaralanması ilə nəticələnən terror aktını pisləyib. Bu barədə APA “RİA Novosti” xəbər verir.

“Bu dəhşətli terror aktı Türkiyəyə qarşı törədilən çoxsaylı terror hücumlarından yalnız biridir. ABŞ regiondakı bir çox çağırışlarla mübarizədə NATO üzrə müttəfiqi və dəyərli tərəfdaşı olan Türkiyəni dəstəkləyir”, - deyə Stro.

Terror aktına görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib. Hadisədə şübhəli bilinən 4 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR