DİN Hacıqabulda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Hacıqabulda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 19 avqust 2016 11:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) avqustun 18-də Hacıqabul rayonunun Kolanı kəndində baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, kənd sakini Nəcəf Ədilbəyli münaqişə zəminində Cahangir Şirəliyevə bıçaqla xəsarət yetirib. C.Şirəliyev hadisə yerində ölüb.

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Ədilbəyli tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR