Lənkəranda fərdi ev yanıb, ev sahibinin arvadı ölüb

Lənkəranda fərdi ev yanıb, ev sahibinin arvadı ölüb
# 12 avqust 2016 04:22 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ölümlə nəticələnən güclü yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05.00 radələrində şəhərin Zərifə Əliyeva küçəsi, dalan 2, ev 4 ünvanında Məcid Rüstəm oğlu Nəsirova məxsus yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı ev sahibi güclü alovun cəngindən qurtula bilib. Lakin onun arvadı Kifayət Sabir qızı Nəsirova evdən çıxmağa macal tapmadığından yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR