Keçmiş həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Keçmiş həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 16 mart 2016 07:27 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan Apellyasiya Məhkəməsində keçmiş həyat yoldaşının başını kəsərək qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Kürdəmir sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Elman Polad oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyul ayında Kürdəmir rayonunun Sığırlı kəndində qeydə alınıb. E. Rüstəmov keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Mütəllimova Gülər Ramiz qızını qısqanclıq zəminində qətlə yetirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Rüstəmovu 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həbs müddətinin azaldılması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR