DİN: Aynur Elgünəşin müraciəti araşdırılacaq

DİN: Aynur Elgünəşin müraciəti araşdırılacaq
# 05 oktyabr 2016 16:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aynur Elgünəşin təhdid olunması ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Aynur Elgünəşin müraciəti araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, A. Elgünəş “aia.az” saytının rəhbəri Cənnət Cənnətov tərəfindən ölümlə təhdid edildiyini açıqlayıb. Jurnalist bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR