Gəncədə 52 yaşlı qadını qətlə yetirən şəxs tutulub - YENİLƏNİB - 1

Gəncədə 52 yaşlı qadını qətlə yetirən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB - 1
# 04 may 2016 16:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakinin evində bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirən şəxs müəyyən olunaraq saxlanılıb. Məlum olub ki, cinayəti törədən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Abbasovdur. İlkin ehtimala görə qətl borc üstündə törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.

***

15:49

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanan qadın ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılova orada dünyasını dəyişib. Ona 8 bıçaq zərbəsi vurulub.

İlkin ehtimala görə, qadın tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

15:02

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1964-cü il təvəllüdlü Nahidə İsmayılova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR