Medvedev: Rusiya Dağlıq Qarabağda sülhün qorunması üçün əlindən gələni edəcək

Medvedev: Rusiya Dağlıq Qarabağda sülhün qorunması üçün əlindən gələni edəcək
# 07 aprel 2016 19:49 (UTC +04:00)

Bakı-APA. “Rusiya Dağlıq Qarabağda sülhün qorunması və tərəflər arasında təmas imkanlarının saxlanılması üçün əlindən gələn hər şeyi edəcək”. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu İrəvanda səfərdə olan Dmitri Medvedev bildirib.

“Baş verənlərin 1994-cü ildən bəri bənzəri olmayıb. Məhz bu, bizi, sülhün, o cümlədən, Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaların qorunub saxlanılmasına maksimum əsaslanaraq, gərginliyin aradan qaldırılması yollarını axtarmağa vadar edir”, - deyə Medvedev Ermınistanın baş naziri Ovik Abramyan ilə görüşü zamanı qeyd edib.

“Bu çox mürəkkəb mövzudur. İndi ən əsası sülhü, təmas imkanlarını qoruyub saxlamaqdır. Bu məsələ ilə bağlı Rusiya səylərini əsirgəməyəcək”, - deyə Medvedev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR