Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 08 aprel 2016 11:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Tağıyev və Tofiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə prosesdə hökm oxunub. Hökmə əsasən İlqar Tağıyev 10 il, Tofiq Əliyev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hər iki şəxs vətəndaşların etimadını qazanaraq onlardan külli miqdarda pul alıblar. Onlar vədlərinə əməl etmədiyindən zərərçəkənlər məsələ ilə bağlı polisə müraciət edib. Hər iki şəxs polis tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR