APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.