Xaçmazda bir kəndi su basıb

Xaçmazda bir kəndi su basıb
# 02 sentyabr 2016 08:02 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Ötən gün axşam saatlarında şimal bölgəsində yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qudyalçayda suyun səviyyəsinin artması nəticəsində rayonunun Qarğalıq kəndini su basıb. Qarabağlı kəndində də yaşayış evlərinə su dolub. Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanının aradan qaldırılması və araşdırılması işlər görülür.

Niyazabad kəndin də bir yaşayış evinə su dolub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR