Şəhidin layiq gördüyü medal anasına təqdim olunub

Şəhidin layiq gördüyü medal anasına təqdim olunub
# 29 mart 2016 14:32 (UTC +04:00)

Yevlax. Ziya Əmirxanlı - APA. Müdafiə nazirinin şəhid Qafarəli Hacıyevi layiq gördüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin anasına təqdim olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasim Yevlax rayon Qaraoğlan kəndində, şəhidin doğulduğu ünvanda təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Rayon İcra hakimiyyətinin əməkdaşları, kənd sakinləri və Q. Hacıyevin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi iştirak edib. MN-in tərbiyə işləri idarəsinin rəisi, polkovnik Abdulla Qurbani hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı şəhidin anası Rüxsarə Hacıyevaya təqdim edib.

Qeyd edək ki, Qafarəli Hacıyev martın 27-də erməni təxribat qrupunun Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazilərinə soxulmağa cəhdinin qarşısını alarkən şəhid olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR