Şəkidə 34 yaşlı qadın intihara cəhd edib

Şəkidə 34 yaşlı qadın intihara cəhd edib
# 16 aprel 2016 16:35 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə qadın intihara cəhd edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında Şəki sakini, 1982-ci il təvəllüdlü Nurlana Cavanşir qızı Nəbiyeva kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, əsəb xəstəliyindən əziyyət çəkən N. Nəbiyeva intihar etmək məqsədi ilə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Nəbiyevanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR