Bakıda 2-ci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi keçiriləcək

Bakıda 2-ci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi keçiriləcək
# 21 sentyabr 2016 14:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Oktyabr 28-29-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "EstePerio 2016" 2-ci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konqres Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının birgə əməkdaşlığı və Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

Beynəlxalq tədbirə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və digər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider kimi tanınmış xarici mütəxəssislər dəvət olunublar. Bu mütəxəssislər ilə yanaşı ölkəmizdə və xaricdə təhsil almış Azərbaycan alimləri və stomatoloqları da iştirak edəcəklər. Konqresdə həkimlərimizin bu sahədəki praktik biliklərinin təkmilləşdirilməsi məqsədi ilə elmi proqramla yanaşı master-klasslar da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR