Qətldə təqsirləndirilən şəxslərə hökm oxunub

Qətldə təqsirləndirilən şəxslərə hökm oxunub
# 13 oktyabr 2017 14:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, A. Mürsəlovun və L. Zamanovanın hər birinin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən onların hər biri 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində baş verib. Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR