Odessada mənzildə yanğın nəticəsində altı nəfər ölüb

Odessada mənzildə yanğın nəticəsində altı nəfər ölüb
# 03 dekabr 2016 17:36 (UTC +04:00)

Ukraynanın Odessa şəhərində mənzildə baş verən yanğın nəticəsində bir ailənin altı üzvü ölüb. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, ölənlərdən beşi uşaqdır.

Çoxmərtəbəli binada yerləşən mənzildə baş vermiş yanğın nəticəsində ana və beş uşağı ölüb, ata ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR