Səfir: "Türkiyədə dövlət çevrilişi baş tutsaydı, bütün bölgədə sabitlik pozulardı"

Səfir: "Türkiyədə dövlət çevrilişi baş tutsaydı, bütün bölgədə sabitlik pozulardı"
# 14 iyul 2017 13:11 (UTC +04:00)

"Ötən il Türkiyədə dövlət çevrilişinə cəhd uğurlu olsaydı, nəinki Türkiyədə, bütün bölgədə sabitliyin pozulmasına gətirib çıxara bilərdi".

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, Türkiyənin strateji tərəfdaşı olan Gürcüstan bu hadisələrin ilk dəqiqəsində Türkiyəyə tam dəstək nümayiş etdib.

“Dövlət çevrilişinə uğursuz cəhddən sonra Türkiyəyə ilk rəsmi səfərlərdən birini Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili etmişdi. Türk xalqı bu dəstəyi heç vaxt unutmayacaq”, - Z. Gümrükçü deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR