Poroşenko Gürcüstana gedəcək

Poroşenko Gürcüstana gedəcək
# 14 iyul 2017 01:04 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko 17-19 iyul tarixlərində Gürcüstana səfər etmək niyyətindədir. APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Poroşenko administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib. Səfər çərçivəsində bir sıra ikitərəfli müqavilələr imzalanacaq.

“Gürcüstanla strateji tərəfdaşlığımızın gücləndirilməsini gözləyirik. Əməkdaşlığımızın iqtisadi sərmayə potensialını üzə çıxaracaq bir sıra sənədlər imzalanacaq”, - deyə Yeliseyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR