Azərbaycanda dövlət xətti ilə ötən il 174 mln. manatlıq ipoteka krediti verilib

Azərbaycanda dövlət xətti ilə ötən il 174 mln. manatlıq ipoteka krediti verilib
# 16 yanvar 2020 12:16 (UTC +04:00)

2019-cu il ərzində müvəkkil banklara ümumi məbləği 503 mln. manat təşkil edən 7096 sayda müraciət daxil olub və İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 174 mln. manat məbləğində isə 2 652 ipoteka krediti verilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, ötən il ərzində verilmiş kreditlərin 1 390 ədədi (80 mln. manat) güzəştli ipoteka kreditlərinin payına düşüb.

Qeyd edək ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. 2019-cu il ərzində 226,5 mln. manat məbləğində (3 398 ədəd) ipoteka krediti Fond tərəfindən yenidən maliyyələşdirilib.

Ümumilikdə, 2006-2019-cu illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,391 mlrd. manata yaxın, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 27 883 olub. Bu kreditlərin 436 mln. manatdan çox hissəsini (8 839 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxınını gənclər və gənc ailələr təşkil edib, kreditlərin 20%-ə yaxını isə regionlarda verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR