Tillerson: "Suriyanın gələcəyində Əsədə yer yoxdur"

Tillerson: "Suriyanın gələcəyində Əsədə yer yoxdur"
# 26 oktyabr 2017 16:47 (UTC +04:00)

ABŞ Suriyanın gələcəyində Bəşər Əsədin yerinin olmadığını düşünür.

APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Reks Tillerson deyib.

BMT-nin Suriya məsələsi üzrə nümayəndəsi Stefan de Mistura ilə görüşdəbn sonra jurnalistlərə açıqlama verən R. Tillerson Bəşər Əsədin hər hansı rol oynamayacağı bütöv Suriyaya tərəfdar olduqlarını bildirib: "Əsəd ailəsinin dövrü başa çatıb, önəmli olan bunun necə gerçəkləşəcəyi məsələsidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR