Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 08 noyabr 2017 13:37 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il oktyabrın 1-nə 21 mlrd. 133,7 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 999,5 mln. manat və ya 4,96% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda avqust ayı ilə müqayisədə 2017-ci ilin sentyabr ayında geniş mənada pul kütləsi 577,4 mln. manat və ya 2,8% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 498,1 mln. manat və ya 15,03% artaraq 2017-ci il oktyabrın 1-nə 11 464,5 mln. təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR