Nizami Kino Mərkəzində “Ər quyusu” filminin təqdimatı keçiriləcək

Nizami Kino Mərkəzində “Ər quyusu” filminin təqdimatı keçiriləcək
# 07 fevral 2017 13:48 (UTC +04:00)

Fevralın 15-də Nizami Kino Mərkəzində “Ər quyusu” filminin təqdimatı keçiriləcək. APA-nın məlumatına görə, film yazıçı Səidə Haqverdiyeva müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilib.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

Komik hadisələrlə zəngin filmdə əsas rolları əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər.

Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı və Bakıda aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR