Sumqayıtda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb

Sumqayıtda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb
# 19 iyul 2018 09:54 (UTC +04:00)

Sumqayıtda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan, 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatıb. F.Fərzəliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR