Lavrov: "Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə ediblər"

Lavrov: "Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə ediblər"
# 28 oktyabr 2016 13:15 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Üçtərəfli və ikitərəfli görüşlərdə Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə ediblər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı və suriyalı həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Suriyada terrorçuların məhv edilməsinə, sülhün bərqərar olunmasına, habelə iqtisadiyyatın və mülki infrastrukturun bərpasına hazır olduğumuzu bəyan etdik", - deyə Lavrov qeyd edib.

Rusiya XİN başçısı Suriya nümayəndə heyətinin sabah danışıqlar aparmaq üçün Cenevrəyə getməyə hazır olduğunu söyləyib: "Suriyada siyasi dialoqu bərpa etmək vacibdir. Hamımız Suriya münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bunun başqa yolu yoxdur".

S. Lavrov Suriyada humanitar vəziyyətə də toxunub: "Suriyada humanitar təşkilatlar kifayət qədər peşəkar fəaliyyət göstərmir. BMT-nin humanitar fəaliyyətlə məşğul olan nümayəndələrinin fəaliyyətsizliyi terrorçuların tibbi təxliyəni pozmasına imkan verib. Biz BMT nümayəndələrini hazırda Hələbdə aparılan isterik yalan kampaniyasına inanmamağa çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR