Bakıda qadının falına baxmaq adi ilə qızıllarını ələ keçirən qaraçıların məhkəməsi başlayıb

Bakıda qadının falına baxmaq adi ilə qızıllarını ələ keçirən qaraçıların məhkəməsi başlayıb
# 08 dekabr 2016 10:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Miraşaçenko Lyuba Petrovna və Miraşaçenko Lida Nikolayevnanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən M. L. Petrovna və M. L. Nikolayevna özlərini qismən təqsirli biliblər.

M. L. Petrovma ifadəsində bildirib ki, fala baxmaq onların həmişəki işidir. Onun sözlərinə görə, zərərçəkmiş şəxs qızılları özü onlara verib: "Qadın özü bizi axtarırdı. İki dəfə bizi evinə çağırdı. Onu əri atıb getmişdi deyə, bizdən kömək istəyirdi. Mən də falına baxdım, yaxşı olacağını dedim. Sonra əri geri qayıtdı və qadın bizi evinə çağırıb, sevindiyindən qucaqladı və qızılları hədiyyə etdi".

Digər təqsirləndirilən M. L. Nikolayevna da ifadə verərək, qızıl-zinət əşyalarının 26 min manat dəyərində olmadığını və bu məbləğin istintaqda çox göstərildiyini qeyd edib.

Proses dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı sakini Qəmər Mehrəliyevanın falına baxacaqlarını deyərək, onun 26 min manat məbləğində qızıl-zinət əşyalarını ələ keçiriblər. Onlar bu qızılları sonradan Gəncədə satıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR