QAT Ərdoğana müraciət edib: Türkiyədə antiterror əməliyyatlarında iştiraka hazırıq

QAT Ərdoğana müraciət edib: Türkiyədə antiterror əməliyyatlarında iştiraka hazırıq
# 09 sentyabr 2015 12:35 (UTC +04:00)

Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Türkiyənin terrora qarşı başladığı mücadilənin birmənalı şəkildə dəstəkləndiyi qeyd edilir.

Müraciətdə bildirilir: “Siz bu mücadiləni Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi naminə aparırsınız. Biz bu həssas anda bütün Türkiyəni birliyə çağırırıq, belə anda iqtidar-müxalifət məsələsi, fərqli yanaşma ola bilməz, hamı zərbəni bir hədəfə vurmalıdır. Siz həm də bütün türk və islam dünyasının birliyinə çalışır, ümumi maraqlarına xidmət edirsiniz. Biz bütün islam və türk dünyasını Türkiyənin apardığı haqq işinə dəstək verməyə çağırırıq”.

Müraciətdə xüsusi olaraq vurğulanır ki, Qarabağ Azadlıq Təşkilatının Qarabağ müharibəsində iştirak etmiş bütün üzvləri bir əsgər kimi Türkiyənin terrora qarşı əməliyyatlarına qoşulmağa hazırdır: “Digər üzvlərimiz də istənilən şəkildə Sizlərin yanında olmağa hazırdır. Biz günü bu gün Türkiyəyə gəlməyə hazırıq. Biz Türkiyədən işarə, əmr, tapşırıq gözləyirik. Bizim bir-birimizdən başqa dostumuz yoxdur! Allah Türk və İslam dünyasını qorusun!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR