Liviyada terror aktı nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb

Liviyada terror aktı nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
# 24 yanvar 2018 04:13 (UTC +04:00)

Liviyanın Benqazi şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 33 nəfərə, yaralananların isə sayı 71 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində Liviyanın əks-kəşfiyyat rəisi general Mehdi Falah yaralanıb.

Qeyd edək ki, Benqazinin Salman rayonunda 30 dəqiqəlik itervalla iki minalanmış avtomobil partladılıb.

Partlayışlar şəhərin ən böyük məscidinin qarşısında, dindarlar binadan çıxan zaman törədilib.

Ölənlər arasında Liviya ordusu komandanlığının istintaq şöbəsinin rəisi Əhməd əl Feytarinin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR