Nazirlik: 1305 müəllim iş yerini dəyişib, 318 nəfər direktor vəzifəsinə təyin edilib

Nazirlik: 1305 müəllim iş yerini dəyişib, 318 nəfər direktor vəzifəsinə təyin edilib
# 29 dekabr 2019 13:13 (UTC +04:00)

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən, 1305 müəllim iş yerini dəyişib.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Qeyd olunub ki, cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri ötüb.

Bundan başqa, 2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub: “Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub”.

Hesabatda o da qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələrinə əsasən, ümumilikdə 318 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR