Rusiyalı politoloq: “Azərbaycan möhtəşəm beynəlxalq tədbir keçirdi”

Rusiyalı politoloq: “Azərbaycan möhtəşəm beynəlxalq tədbir keçirdi”
# 29 iyun 2015 10:06 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu özünün “Facebook” səhifəsində Rusiya İctimai Palatasının nümayəndəsi, politoloq Sergey Markov yazıb.

“Bakı-2015-də Rusiya birinci, Azərbaycan ikinci, Britaniya isə üçüncü yer tutdu. Rusiya üçün bu, dost bayramı idi. Ona görə Rusiya bu yarışlara ən böyük və peşəkar heyətlə qatılmışdı. Azərbaycan möhtəşəm beynəlxalq tədbir keçirdi. Bu baza ilə digər beynəlxalq tədbirləri keçirmək mümkündür. Bakı Avrasiyanın kəsişmə nöqtəsi kimi mövqelərini möhkəmləndirməklə yanaşı, təbii ki, turizm potensialını da inkişaf etdirəcək. Milyonlarla insan Bakıya gedəcək, Azərbaycan mətbəxinin dadına baxacaq, Xəzər dənizinə yollanacaq”.


Bakı-2015 I Avropa Oyunları çərçivəsində çimərlik futbolu üzrə yarışların qalibi Rusiya yığmasının baş məşqçisi Mixail Lixaçev isə “rsport.ru” portalına müsahibəsində Bakıda çimərlik futbolu üzrə yarışların yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: “Çox sevinirik. Təsəvvür edə bilməzsiniz ki, Avropa Oyunlarında qızıl medal qazanmaq bizim üçün nə deməkdir. Çimərlik futbolunun nə vaxtsa, Olimpiya Oyunlarının proqramında yer alıb-almayacağını deyə bilmərəm, lakin Bakı-2015 Avropa Oyunları bizim üçün əsl olimpiadadır. Özümüzü olimpiya çempionları kimi hiss edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR