Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələri açıqlanıb

Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələri açıqlanıb
# 02 fevral 2018 14:58 (UTC +04:00)

Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələri açıqlanıb.

APA-Economics”in məlumatına görə, bu gün Dövlət Statistika Komitəsində (DSK) keçirilən geniş kollegiya iclasında komitə sədri Tahir Budaqov DSK-nın təşəbbüsü və Avropa İttifaqının Statistika Bürosuna (Avrostat) rəsmi müraciəti əsasında baş tutan və Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələri haqqında ətraflı məlumat verib.

Bildirib ki, Qlobal Qiymətləndirmədə Avrostatın Statistik Əməkdaşlıq Bölməsinin rəhbəri Klaudiya Yunker və baş ekspert qismində İrlandiya Statistika İdarəsinin keçmiş rəhbəri Gerard O’Hanlon, eləcə də ekspertlər qismində BMT-nin Avropa İqtisadi Komissiyasından, Avropa Azad Ticarət Assosiasiyasından və Litvadan olan mütəxəssislər, eyni zamanda müşahidəçi qismində Belarus Respublikasının Dövlət Statistika Komitəsi sədrinin birinci müavini və Moldova Milli Statistika Bürosunun Baş direktor müavini iştirak ediblər.

Qiymətləndirmə ilə bağlı ilkin missiya 2016-cı ilin 12-16 sentyabr tarixlərində, ikinci missiya isə 2017-ci ilin 6-9 fevral tarixlərində həyata keçirilib. Bununla yanaşı, missiyadan əvvəl özünüqiymətləndirmə anketləri tərtib edilərək Avrostata göndərilib: "Missiya dövründə isə ekspertlər mövcud vəziyyəti yerində yoxlayıb, eləcə də tələb olunan təsdiqedici sənədlər Komitə tərəfindən onlara təqdim edilib. Ekspertlər Maliyyə, İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Təhsil, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, elmi cəmiyyətlər, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri, habelə Statistika Şurasının üzvləri ilə görüşlər keçiriblər".

Qiymətləndirmənin nəticələrində Azərbaycanın milli statistika sisteminin beynəlxalq və Avropa standartlarına əsasən uyğun olduğu rəsmən təsdiq edilib

"Eyni zamanda, qiymətləndirmə qrupu tərəfindən ölkə statistikasının həmin standartlara tam uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsinə və rəsmi statistika məlumatlarının digər istehsalçılarına bir sıra tövsiyələr verilib", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR