Ötən il gömrük orqanları 1,2 mln. manatlıq qızıl və 1 mln. dolların ölkədən çıxarılmasının qarşısını alıb

Ötən il gömrük orqanları 1,2 mln. manatlıq qızıl və 1 mln. dolların ölkədən çıxarılmasının qarşısını alıb
# 19 yanvar 2018 07:54 (UTC +04:00)

"Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb".

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il 2 tondan yuxarı çətənə kolu, 100 kiloqramdan da çox heroin müsadirə edilib: "Ümumilikdə 2,7 kiloqram qaçaqmalın ölkədən çıxarılması qarşısı alınıb".

O bildirib ki, ötən il 10 nəfər Dövlət Gömrük Komitəsinin əməkdaşı barədə prokurorluq orqanlarına müraciət edilib: "Daha 7 nəfər barəsində DGK nəzdində fəaliyyət göstərən Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR