Bakıda idarə etdiyi motosikleti ağaca çırpan DYP əməkdaşı ölüb - FOTO - VİDEO - YENİLƏNİB-1

Bakıda idarə etdiyi motosikleti ağaca çırpan DYP əməkdaşı ölüb - FOTO - VİDEO - YENİLƏNİB-1
# 04 fevral 2020 15:51 (UTC +04:00)

Bakıda motosiklet qəzasında ölən şəxsin polis əməkdaşı olduğu məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün əməkdaşı olub.

Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.

Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi motosiklet şəxsi nəqliyyat vasitəsi olub.

***

saat 12:10

Bakıda baş verən qəzada xəsarət alan motosiklet sürücüsü ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. Xəsarət alan sürücü ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

saat 04:52

Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza "Azneft" meydanının yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR