Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha 7 nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha 7 nəfər xilas edilib
# 14 avqust 2017 07:29 (UTC +04:00)

Bakıda daha yeddi nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində günün ayri-ayri vaxtlarında dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər, Xəzər rayonunda isə dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR