Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

 Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 15 iyul 2015 11:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə K. Musayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kamil Musayev dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir. İbtidai istintaq zamanı onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmə zamanı K. Musayev proseslərə gəlmədiyi üçün onun barəsində həbs-qətimkan tədbiri seçilib və axtarış elan edilib. Nəticədə K. Musayev həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR