Qeydə alınan narkomanların sayı 29448 nəfərə çatıb

Qeydə alınan narkomanların sayı 29448 nəfərə çatıb
# 06 mart 2017 11:37 (UTC +04:00)

Keçən il ərzində 2142 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 29448 nəfərə (Bakı şəhəri üzrə 11730 nəfər) çatıb.

APA-nın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Onlardan 24056-ı dispanser, 5392-i profilaktik, 893-ü anonim qeydiyyatda olanlardır. İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 612-i qadın, 183 nəfəri toksikomanlar, həmçinin ötən il ərzində qeydiyyata götürülənlərin 1567-i dispanser, 575-i profilaktik olub. 2016-cı ildə qeydiyyatdan çıxanların ümumi sayı 1249 (691-ı dispanser, 558-i profilaktik) nəfərdir.

Qeyd edək ki, 2015-ci ildə xəstələrin ümumi sayı 28 555 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR