Türkiyədə minalanmış avtomobilin partladılması nəticəsində 1 polis ölüb, 10 nəfər yaralanıb

Türkiyədə minalanmış avtomobilin partladılması nəticəsində 1 polis ölüb, 10 nəfər yaralanıb
# 23 oktyabr 2016 02:08 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Bingöl əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 1 polis ölüb, altısı polis əməkdaşı olmaqla 10 nəfər yaralanıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Genç rayonunda zirehli polis avtomobilin yanında minalanmış avtomobil partladılıb. Məlumata görə, polis maşını minalanmış avtomobilin yanından keçərkən partladıcı qurğu işə salınıb.

Partlayışın PKK tərəfindən təşkil edildiyi ehtimal olunur. Hadisə baş verdiyi ərazidə axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR