Pakistanda 32 nəfər içkidən zəhərlənərək ölüb

Pakistanda 32 nəfər içkidən zəhərlənərək ölüb
# 27 dekabr 2016 15:40 (UTC +04:00)

Pakistanda 32 nəfər keyfiyyətsiz spirtli içkidən zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, bu barədə “BBC News” xəbər yayıb.

Hadisə Pəncab vilayətində baş verib. Xristianlar Milad bayramını qeyd etmək üçün spirtli içki məclisi qurublar. Nəticədə 30 xristian və 2 müsəlman zəhərlənib. Daha 60 nəfər xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən içkiyə metanol əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR