Azərbaycan – Portuqaliya oyununu idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan – Portuqaliya oyununu idarə edəcək hakimlər açıqlanıb
# 05 fevral 2018 14:47 (UTC +04:00)

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində baş tutacaq Azərbaycan – Portuqaliya matçının hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın baş hakimi çexiyalı Andrey Çerni olacaq.

Türkiyəli Kamil Çətin 2-ci, xorvatiyalı Saşa Tomiç 3-cü hakim funksiyasını yerinə yetirəcək. Vaxta nəzarət edən hakim isə Yunanıstan təmsilçisi Vasilios Xristodoulis olacaq.

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR