İsmayıllıda avtomobil qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub - YENİLƏNİB

İsmayıllıda avtomobil qəzasında ölən və xəsarət alan şəxslərin adları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 16 sentyabr 2017 15:08 (UTC +04:00)

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayonunun Qalıncaq kəndinin sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ehtiram Azər oğlunun idarə etdiyi 10-UO-796 dövlət nömrə nişanlı VAZ 21015 minik avtomobili qarşı tərəfdən gələn 90-UT-602 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü E. Abdullayev, rayonun Qəzli kənd sakinləri - 1997-ci il təvəllüdlü Manafov Məhəmməd Azər oğlu, 2011-ci il təvəllüdlü Abdullayev Rəsul Şaban oğlu, 1992-ci il təvəllüdlü Abdullayev Şərif İsrail oğlu və 1995-ci il təvəllüdlü Abdullayev İmam Allahverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İsmayıllı sakinləri - 1993-cü il təvəllüdlü Allahverdiyev Qərib İsmayıl oğlu və 1998-ci il təvəllüdlü İsmayılov Qalib Əllədin oğlu isə aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

*** 15.58

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində “Mercedes” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR