Cəlilabadda ərinin döydüyü qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Cəlilabadda ərinin döydüyü qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
# 19 yanvar 2017 09:52 (UTC +04:00)

Cəlilabadda qadın əri tərəfindən döyülüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Üçtəpə kənd sakini Xubyar Şükürov qeyri-qanuni nikahda olduğu Uzuntəpə kənd sakini, 1977-ci il təvəllüdlü Səbirə Hüseynovaya fiziki təzyiq göstərərək, ağır xəsarət yetirib.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən qadının vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.


Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR