Yasamalda fərdi evdə yanğın söndürülüb - YENİLƏNİB

Yasamalda fərdi evdə yanğın söndürülüb - YENİLƏNİB
# 09 yanvar 2020 00:06 (UTC +04:00)

Bakının Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

****

19:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi 33 ünvanında fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-da bildirilib.

Xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR