Bakıda 5 otaqlı ev yanıb

Bakıda 5 otaqlı ev yanıb
# 27 mart 2018 20:55 (UTC +04:00)

Bakıda yanğın olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nizami rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanmış və yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR