Sorğu: Klinton Trampı 3 faiz qabaqlayır

Sorğu: Klinton Trampı 3 faiz qabaqlayır
# 07 noyabr 2016 23:02 (UTC +04:00)

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 3% qabaqlayır.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilən son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 42 faizini toplaya bilər.

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR